"Altis Group of Companies" ilin tikinti materiallarının emalı və satışı üzrə trend şirkəti seçilib

Bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, "Caspian Events Group” tərəfindən təşkil olunan"Trend of the Year" 2018 Mükafatı sahiblərinə təqdim edilib.

«Altis Group of Companies” şirkəti «Tikinti materiallarının emalı və satışı” kateqoriyası üzrə ilin trend şirkəti olaraq mükafatlandırılıb.

«Altis Group of Companies» şirkətinin marketinq direktoru Pənah Əlisoy səhnəyə gələrək minnətdarlıq nitqini söyləyib.

Qeyd edək ki, «Altis Group of Companies” MMC 2005-ci ildən etibarən Azərbaycanın şüşə emalı və tikinti sektorunda fəaliyyət göstərməkdədir.

«Altis Group of Companies” şirkəti dünyanın ən öndə gələn qabaqcıl texnologiyalardan istifadə edərək Azərbaycanın şüşə emalı və tikinti sektorunda müxtəlif layihələrdə müvəffəqiyətlə istirak edir. Hazırda şirkət dünyanın öndə gələn SAINT-GOBAIN, GUARDIAN, PILKINGTON, AGC, VERSALUX, ŞİŞECAM, KAVEH GLASS kimi tanınmış şirkətlərlə əməkdaşlıq edir. «Altis Group of Companies” şirkəti 2013-ci ildən Almaniyanın məhşur REHAU, ROTO və Türkiyənin KURTOĞLU, VHS və.s şirkətləri ilə sıx əməkdaşlıq edir.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırılıblar.

«Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilib. Mükafatlandırma gecəsi Flame Towers – Park Cinema IMAX-da baş tutub.