Altis Group of Companies MMC 2005-ci ildən Azərbaycanın şüşə emalı və tikinti sektorunda fəaliyyət göstərir. Şirkət 13 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atmışdır. Beləki, şirkət şüşələrin emalı üzrə Azərbaycan bazarında qısa zamanda yetərincə tanınmış şirkətlərdən birinə çevrilməyi bacarmışdır. Qeyd edək ki, tikinti sektoruda Azərbaycan, digər ölkələr kimi sürətlə inkişaf edir və müasir standartlara cavab verən məhsullardan istifadəyə zərurət yaranır. Əvvələr tikintidə istifadə olunan materialların müasir standartlara cavab verməsi üçün tikililərdə istifadə olunan köhnə taxta, dəmir qapı və pəncərələrin əvəzinə yeni texnologiya ilə hazırlanmış çürüməyən, rənglənməyən, istini və soyuğu içəri keçirməyən, praktik və ucuz plastik qapı və pəncərə sistemlərinin istehsalına təlabat artır. Plastik qapı və pəncərə sistemlərinin üstünlükləri otaq temperaturunun tənzimləməsi, tozlu havanın otağa keçməsinin, və uzun ömürlü olmasıdır. Buna görə şirkətimiz Azərbaycanda plastik qapı və pəncərə sisteminin yığılmasında ən son texnologiyalardan istifadə edərək müştərilərimizə uzun ömürlü və keyfiyyətli məhsullar təqdim edir. Fəxr hissi ilə qeyd etmək istərdik ki, Altis Group of Companies Bakı şəhərində böyük və bağlı ərazidə, müasir standartlara uyğun, tamamilə avtomatlaşdırılmış texnologiyaya malik, istehsal gücünü hər ay daha da artıran bir şirkətə çevilib. İstehsalın çox qismi Azərbaycanın daxili bazarının tələbatını ödəyir. Yerdə qalan qismi isə xarici bazarlara çıxardılır. Altis Group of Companies beynəlxalq keyfiyyət anlayışı ilə zavodunu inşa etdirmişdir və istehsal zamanı ətraf müitdəki canlı aləmə heç bir əks təsir göstərməz.

Qısası, Altis Grouf of Companies istehsalına görə Azərbaycanda lider olan şirkətlərdəndir. Şirkətimiz beynəlxalq arenada da tanınmaqdadır.

Şirkət əsasən aşağıdakı sahələr üzrə fəaliyyət göstərməkdədir:

  • Şüşələrin kəsilməsi və paketlənməsi

  • Şüşələrin temperlənməsi və laminasiyası

  • Şüşələrin qumlanması və dekorativ işlərin görülməsi

  • Avtomatik düz və radiuslu şüşə qapıların emalı və qurulması

  • Aliminium qapı və pəncərə sistemlərinin emalı və qurulması

  • Plastik qapı və pəncərələrin emalı və qurasdırılması

  • Müxtəlif növ aliminium profil və aksesuarların satısı

  • Müxtəlif növ plastik profil və aksesuarların satısı

  • Aliminium kompozit panellərin satısı
     

Şirkətimiz göstərilən sahələr üzrə dünyanın ən öndə gələn qabaqcıl texnologiyalarından istifadə edərək Azərbaycanın şüsə emalı və tikinti sektorunda müxtəlif layihələrdə müvəffəqiyətlə istirak edir. Hal-hazırda şirkətimiz dünyanın öndə gədən tanınmış şirkətləri olan SAINT-GOBAIN, GUARDIAN, PILKINGTON, AGC, VERSALUX, ŞİŞECAM, KAVEH GLASS əməkdaşlıq edir.

Altis Group of Companies MMC 2013 ci ildən Almaniyanın məhşur REHAU, ROTO və Türkiyənin KURTOĞLU, VHS və.s şirkətləri ilə sıx əməkdaşlıq edir.

Altis Group of Companies müştərilərinə sıfır dərəcəsində xəta ilə xidmət göstərməyi qarşısında hədəf seçib.

HƏDƏFİMİZ

İlk öncə müştəri məmnuniyyətini əsas tutaraq, korporativ və fərdi inkişafa önəm verən, ətraf mühitin və təbiətin qorunmasına diqqət yetirən, peşəkar kardlarla bazara yeni məhsullar təqdim etmək və keyfiyyəti ilə həm Azərbaycanda, həm də dünyada adı ilə tanınan şirkətə sahib olmaq.

MƏQSƏDİMİZ

Məqsədimiz ölkədə, regionda və dünya bazarında tanınan şirkət olmaq, müştərilərimizin ehtiyac və tələblərinə cavab verən, yüksək keyfiyyətli və uyğun qiymətə olan məhsullar istehsal etməkdir.

Yeni texnologiyalardan istifadə etməklə məhsullarımızı təkmilləşdirmək və dünya bazarında  müştərilərimizin məmnunluğunu təmin etmək.  Yeni bazarları fəth etmək və tikinti materiallarının istehsalı sahəsinin daima lideri olmaq.

DƏYƏRLƏRİMİZ

Bizim dəyərlərimiz bu gün və gələcəkdə hansı istiqamətdə çalışacağımızı istiqamətləndirir.

Müştərilərimizə:

  • Keyfiyyətli xidmət və qayğı göstərmək;

  • Istək və arzularını nəzərə almaq;

  • Yüksək keyfiyyətli və uyğun qiymətə məhsullarla təmin etmək.

Gələcək planlarımız:

  • Yeni nailiyyətlər əldə etmək;

  • Məhsul çeşidlərini artırmaq;

  • Ən son texnologiyaları tətbiq etmək;

  • Cəmiyyətə və ətraf mühitə yararlı olmaq.

ƏTRAF MÜHİTİN QORUNMASI SİYASƏTİ

PVC pəncərə və qapı sistemləri, PVC profil, şüşə emalı, alüminium tikinti materialları, istehsal edən ALTİS GROUP of Companies ətraf mühitin qorunması məsuliyyətlərini bilir və böyük cəhdlə bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir. İstehsalat fəaliyyətinin ətraf mühitə təsirlərini müəyyən etmək və istehsal zamanı olan bütün mərhələ və proseslərdə mümkün olan mənfi təsirlərin meydana gəlməsinin qarşısını almaq üçün tədbirlər planlamaq və həmin tədbirləri həyata keçirmək üçün çalışırıq. ALTİS Şirkətlər Qrupu bundan sonrada bütün fəaliyyətlərində ətraf mühitin qorunmasına həssaslıqla yanaşmağa davam edəcəkdir.

Bu məqsədə nail olmaq üçün;

Ətraf mühit qorunması ilə bağlı bütün yerli və beynəlxalq qanunvericiliyə və inzibati tənzimləmələrə əməl etmək

Ümumiyyətlə qəbul edilmiş ekoloji idarəetmə sistemlərini təsis etmək və onları effektiv həyata keçirmək üçün lazım olan resursları ayırmaq və davamlılığı təmin etmək,

Enerji və təbii ehtiyatları ən uyğun şəkildə istifadə etmək üçün,

Istifadə olunan xammal və köməkçi materiallarda ətraf mühit meyarlarına riayət etmək və bu maddələrin mənfi təsirlərinə nəzarət etmək,

Çirklənmənin qarşısının alınması, tullantıların azaldılması və mənbədən ayırma ilə maksimum təkrar emal edilməsi,

Bu haqda bilginin artırılması, işçilərin ətraf mühitlə bağlı məlumatlandırılması və təşviq edilməsi,

Yeni investisiyalar və layihələrdə ekoloji faktorları nəzərdən keçirmək,

Ətraf mühitin qorunmasının davamlı inkişafı prinsipini həmişə öndə tutmaq.

Təmiz mühit və sağlam gələcək üçün hər il qarşımıza yeni hədəflər qoyuruq.

İstehsal zamanı yarana tullantıları maksimum azaltmağı, yeni metodlar üzərində çalışmağı, təbiətə dost olacaq layihələri reallaşdırmağı, ətraf mühitin çirklədilməsinin qarşısını almaq və təbiətin qorunmasında istifadə olunan sistemlərinin davamlılığını hədəfləyirik.

  • LinkedIn - серый круг
  • Facebook - серый круг
  • Instagram - серый круг

© 2018 Altis Group of Companies. ​