1/4

ALTİS-in istehsalında mükəmməlliyin xülasəsi, yüksək keyfiyyətli profillər yaratmaq və geniş yayılmış diler şəbəkəsi vasitəsilə istehlakçı məmnuniyyətini təmin etməkdir. ALTİS üçün keyfiyyətli PVC profili hazırlamaq – xüsusi seçilmiş xammalın və dünya standartlarına cavab verən müasir və avtomatlaşdırılmış texnikası, peşəkarlardan ibarət işçi qrupu və uzun illərin təcürbəsinin birləşmişməsidir.

Vinilklorid monomerinin polimerləşməsi nəticəsində  əldə olunan PVC xammalına, zərbə müqavimətini azaldan maddələr, rəng piqmentləri, stabilizatorlar və dolgu maddələri qataraq, ideal şəkildə xammal əldə edirik. Yüksək keyfiyyətli xammallar ALTIS profillərinə gedən yolun ilk mərhələsidir.

Bu xammallar, ən öndə gedən texnologiyaya sahib ekstruderlərlə (profil çəkmə maşını) və mükəmməl ALTİS qəlibləri ilə şəkillənərək daxili və xarici səthi qoruma üzlü ALTİS profillərinə çevrilir. Çıxarılan profillər istehlak mərhələsinə keçməzdən əvvəl, zərbə dözümlülüyü, künc müqaviməti, qaynaq uyğunluğu, istiyə davamlılığı və sonrasında ölçü dəyişikliyi, hava şərtlərinə qarşı rəng həssaslığı, plastikin yumşalma temperaturunun müəyyənləşdirilməsinə, charpy təsir müqaviməti, hava şərtlərinə qarşı mexaniki dayanıqlılıq kimi testlərdən keçirilir. Görünüşü, rəngi, parlaqlılığı, hündürlüyü və digər ölçüləri və səthi davamlı olaraq nəzarətdə saxlanılır.

Təbii şərtlərə və zərbəyə davamlı, rəngi solmayan, üzərində çirkdən əmələ gələn ləkələrin asanlıqla təmizlənən ALTİS profilləri bu sektorda yetərincə özünə ad qazanmış və istehlakçının etibarını qazamışdır.

ALTİS profillərin doğramalarının fərqi, keyfiyyətli profilin üzərində böyük bir həssaslıq və incə ustalıq, müasir texnologiyaların qusursuz biləşəməsinin nəticəsidir. ALTİS PVC-lərinin olduğu mühitdə tələb olunan hər cür davamlılıq, istilik və səs izolyasiyası, istifadənin rahatlığı, gün işığının otağa rahatca daxilolması, estetik görünüş və rəng seçimi istehsalımızın üsulubunda gizlidir.

  • LinkedIn - серый круг
  • Facebook - серый круг
  • Instagram - серый круг

© 2018 Altis Group of Companies. ​