AZƏRBAYCANIN
gələcəyi üçün
“Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər - bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır. Ancaq bizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar."
Signature_of_Ilham_Aliyev.svg

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev

PVC pəncərə və qapı sistemləri, PVC profil, şüşə emalı, alüminium tikinti materialları, istehsal edən ALTİS GROUP of Companies ətraf mühitin qorunması məsuliyyətlərini bilir və böyük cəhdlə bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir. İstehsalat fəaliyyətinin ətraf mühitə təsirlərini müəyyən etmək və istehsal zamanı olan bütün mərhələ və proseslərdə mümkün olan mənfi təsirlərin meydana gəlməsinin qarşısını almaq üçün tədbirlər planlamaq və həmin tədbirləri həyata keçirmək üçün çalışırıq. ALTİS Şirkətlər Qrupu bundan sonrada bütün fəaliyyətlərində ətraf mühitin qorunmasına həssaslıqla yanaşmağa davam edəcəkdir.

Bu məqsədə nail olmaq üçün;

Ətraf mühit qorunması ilə bağlı bütün yerli və beynəlxalq qanunvericiliyə və inzibati tənzimləmələrə əməl etmək

Ümumiyyətlə qəbul edilmiş ekoloji idarəetmə sistemlərini təsis etmək və onları effektiv həyata keçirmək üçün lazım olan resursları ayırmaq və davamlılığı təmin etmək,

Enerji və təbii ehtiyatları ən uyğun şəkildə istifadə etmək üçün,

Istifadə olunan xammal və köməkçi materiallarda ətraf mühit meyarlarına riayət etmək və bu maddələrin mənfi təsirlərinə nəzarət etmək,

Çirklənmənin qarşısının alınması, tullantıların azaldılması və mənbədən ayırma ilə maksimum təkrar emal edilməsi,

Bu haqda bilginin artırılması, işçilərin ətraf mühitlə bağlı məlumatlandırılması və təşviq edilməsi,

Yeni investisiyalar və layihələrdə ekoloji faktorları nəzərdən keçirmək,

Ətraf mühitin qorunmasının davamlı inkişafı prinsipini həmişə öndə tutmaq.

Təmiz mühit və sağlam gələcək üçün hər il qarşımıza yeni hədəflər qoyuruq.

İstehsal zamanı yarana tullantıları maksimum azaltmağı, yeni metodlar üzərində çalışmağı, təbiətə dost olacaq layihələri reallaşdırmağı, ətraf mühitin çirklədilməsinin qarşısını almaq və təbiətin qorunmasında istifadə olunan sistemlərinin davamlılığını hədəfləyirik.

ALTİS ŞİRKƏTLƏR QRUPUNA DAXİL OLAN MARKALAR
techno1
Regla-logo
logo
rotex
TECHNOSTEEL logo
TECHNOAKS
FƏALİYYƏTİMİZ
Без названия

Şüşə Emalı

12

Plastik profillərin istehsalı

58e79421172e91720997a56c_opened17

Aluminiumprofillərin istehsalı

ALTİS Satış

NİYƏ MÜŞTƏRİLƏR BİZİ SEÇİR

Böyük həcimdə emalımız var

Yüksək ixtisaslı mütəxəssislər

Uzun müddətli zəmanət

Müştərilərin tövsiyə etdiyi şirkət

Şirkətimiz haqqında daha ətraflı məlumat almaq və digər sizi maraqlandıran suallar üçün saytımızda dərhal bir sorğu buraxın və mütəxəssislərimiz ən qısa müddətdə sizinlə əlaqə quracaq, xidmətlərimiz və layihənizlə bağlı ətraflı məsləhət verəcəkdir.

kindpng_475469